KƏMIYYƏT - KEYFIYYƏT MƏSƏLƏSİ
"Keyfiyyətə nisbətən kəmiyyətin, əhəmiyyəti yoxdur"
Kəmiyyət, "miqdar, ədəd" deməkdir, Yəni Ərəbcədə "Kəm?, nə qədər?" suallarının cavabı "kəmiyyət" i ifadə edər.
Məsələn: Əlində səbətlə bazara yumurta satmağa gedən bir adama;
-Səbətində neçə yumurta var? deyə soruşduğumuzda aldığımız cavab "kəmiyyət"i ifadə edər.
Kəmiyyət sözünün Türkcədəki qarşılığı haldır.
Keyfiyyət isə, "keyfiyyət, xüsusiyyət" mənasını verər Ərəbcədə "Kefə? /necə?" sözcünün cavabı isə "Keyfiyyəti" bildirər.
Kefə haluka/Halın necə? Necəsən? Cümləsində olduğu kimi istifadə edilər.
Yenə Əlində səbətlə bazara yumurta satmağa gedən bir adama; -Yumurtaların necə? (Təzəmi? Mənasında) deyə soruşduğumuzda aldığımız cavab keyfiyyəti bildirər.
Gördüyümüz bir işin nəticəsində əldə etməyi ümid etdiyimiz şeyə görə keyfiyyət və ya kəmiyyət əhəmiyyət qazanar. Məqsədimiz bir çuxuru doldurmaq isə daşa ehtiyac duyarıq və burada kəmiyyət əhəmiyyətlidir. Yəni əlimizdəki daş miqdarının çoxluğu əhəmiyyətlidir. Əlimizdəki pula ən ucuzundan çox miqdarda daş alabilərik.
Yox əgər məqsədimiz Sərraf dükanın vitrini doldurmaq isə bu səfər daş deyil də, qiyməti daşa nisbətlə çox olan qızıl ləl-cəvahiratını alabilərik. Çünki bir qızıl parçasındakı cövhəri minlərlə daşda tapa bilmərik.
İnsanın şərəf və qürurunun dərəcəsi pul miqdarının çoxluğu ilə ölçülməz. Pulunuz çox ola bilər. Bu sizi varlı bir insan edər amma yaxşı bir insan etməz. Çünki insanlığın dərəcəsi pul miqdarıyla az və ya çoxluğu ilə əlaqəli deyil. Mal, mülk şöhrət pulla əldə edilə bilər amma "Cənabı Haqqın razılığı da ixlas və səmimiyyət ilə qazanılar Nə qədər çox iş etdiyiniz və ya bunun nəticəsində nə qədər çox müvəffəqiyyət və ya sərvət əldə etdiyinizin çoxca əhəmiyyəti yoxdur.
Mövqe və tayfanızın neçə adamdan olduğunun da əhəmiyyəti yoxdur. Yalnız ixlas və səmimiyyətiniz əhəmiyyətlidir.
Bir alimin qiyməti minlərlə cahilin qiymətiylə dartıla bilərmi? Əlbəttə ki xeyr. Çünki Elm də bir keyfiyyətdir; bir alimi milyonlarla cahillə müqayisə edə bilmərik Söz keyfiyyətindir, o tək alimin dediyi olar Milyonlarla cahilin dediyi deyil .....