ISO 14001:Etraf Muhitin Menecment Sistemi
ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. İSO 14001 ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır. İSO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir.

İSO 14001 nədir?
Ətraf mühitin idarə olunmasına dair tələbləri əks etdirən sənəddir. Bu sənəd sertifikatlaşdırma məqsədləri üçün istifadə edilir. İSO 14001 bütün növ müüəssisələrdə və bütün sənaye sahələrində istifadə edilə bilər. O bütövlükdə müəssisədə və ya onun bir hissəsində həyata keçirilə bilər.
Standartın mühüm elementini onun davamlı inkişafa xüsusi diqqət verməsi təşkil edir. Beləliklə bir çox kompaniyalar İSO 14001-i tətbiq etməklə həqiqətən də gəlirliliyini artıra bilərlər.
Ətraf mühit menecment sistemini tətbiq edərkən muraciət ediləcək əsas tələblər aidiyyatı üzrə həm milli, həm də beynəlxalq standartlarda və qanunvericilikdə təsvir edilmişdir.
Əsas müzakirə prinsiplərinə daxildir:
• təbii resurslardan istifadə uzunmüddətli olmalıdır; yəni istifadə norması bərpaetmə imkanından aşağı olmalıdır
• bərpaedilə bilməyən resurslar yalnız ehtiyatla istifadə edilməli və gələcəyi hesaba almalıdır
• yeni texnologiyalar onların bərpaedilə bilməyən resurslardan istifadə nəticəsində yaranan itkilərin yerini doldurmaq qabiliyyəti hesaba aınmaqla inkişaf etdirilməlidir
• harada imkan varsa bərpaedilə bilməyən resurslarla müqayisədə bərpaedilə bilən resurslardan istifadəyə üstünlük verilməlidir
İSO 14001 Prinsipləri
İSO 14001 beynəlxalq səviyyədə qəbul edilmiş bir standart olaraq aşağıdakı menecment nəzarəti prinsiplərinə əsaslanır:
- Ətraf mühit sahəsində siyasət
- Bu sahədə planlaşdırma və inkişaf
- Tətbiq və əməliyyatlar
- Kommunikasiya
- Ətraf mühit menecmenti sahəsində sənədləşmə
- Yoxlayıcı və düzəldici fəaliyyət
- Bu sahədə lazımi qeydlər
- Ətraf mühit menecmenti auditləri
- Ətraf mühit menecmenti şərhləri

İSO 14001 kimə lazımdır?
Bütün müəssisələr ətraf mühitə təsir göstərir. Bir çox maraqlı tərəflər, məsələn, dövlət orqanları, sığorta şirkətləri, istehlakçılar, təchizatçılar, işçilər və ümumilikdə cəmiyyət müəssisələrin fəaliyyətinə təsir edə bilirlər. Ətraf mühit məsələrində ictimayyətin narahatlığı biznesa təsir göstərir və şirkətlər bu sahədə qanunvericiliyin narahatlığını qəbul etməlidirlər. Beynəlxalq standart iştirakçı tərəflərin (istehlakçıların, təchizatçıların / tədarükçülərin və d.) maraülarını təmin etmək məsələsində müəssisələlrə yardım edir.
Faydalari
İSO 14001 tətbiqindən və sonrakı sertifikasiyasından əldə olunacaq faydalar çoxdur, onlardan bir neçəsini aşağıda sizin nəzərinizə çatdırmaq istərdik:
- Korporativ imicin və müştərilərlə, ictimai təşkilatlarla və yerli icma nümayəndələrilə münasibətlərin inkişafı
- Enerji və su ehtiyatlarının daha dolğun istifadəsi, xammalın daha düzgün seçilməsi və tullantılardan nəzarət altında yenidən istifadə kimi metodlarla xərclərin əhəmiyyətli dərəcədə azaldılması və təşkilatın rəqiblərdən fərqlənmə potensialının artması
- Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması
- Ətraf mühit sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və cərimə və məhkəmə işləri ehtimalının azalması
- Yaşıl istehsal proseslərinin əhəmiyyət kəsb etdiyi bazarlarda yeni biznes imkanlarının əldə edilməsi
- Ətraf mühitin mühafizəsində marağı olan müştərilərin ətraf mühit menecmentini tətbiq etmiş təşkilatlara üstünlük verməsi