Aysu Consultig
 
  Quantitative - Qualitative
  AYSU Consulting
  Ana Sayfa - ISO
  ISO 9001:Keyfiyyetin Menecment Sistemi
  Quality Management System (QMS)
  ISO 22000: Qida Mehsullarin Tehlukesizliyin Temin edilmesi
  Food Safety Management System Standard
  ISO 14001:Etraf Muhitin Menecment Sistemi
  Environmental Management Standard
  OHSAS 18001: Emek ve Tehlukesisizliyin Menecment Sistemi
  Occupational Health and Safety Management System
  Consultant in ISO
  Консультант - Meslehet Xidmeti
  QS documentation preparation and maintenance
  İletişim
Occupational Health and Safety Management System

OHSAS 18001 - Occupational Health and Safety Management System.


OHSAS 18001 - Occupational Health and Safety Management System

 

OHSAS 18001 is a recognised specification that structures the implementation of an effective Occupational Health and Safety management system



Emek ve Tehlukesisizliyin Menecment Sistemi

Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.
Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.
OHSAS 18001 standartı sağlamlıq və təhlükəsizlik menecment sisteminin inkişafı üçün səmərəli menecment təcrübəsini təqdim edir. O bütün işçilər və biznes fəaliyyətinin birbaşa təsirinə məruz qalmış başqa şəxslər üçün yüksək səviyyəli peşə təhlükəsizliyini təmin edən bir mexanizmdir. 

OHSAS 18001-ın məqsədi

Bu standart təşkilat üçün gündəlik fəaliyyətlərdən və ya fəlakət şəraitindən doğa bilən yüksək risk faktorlarını nəzarətdə saxlamaq və idarə etmək üsullarını nümayiş etdirir.

OHSAS 18001 kimə lazımdır?

Bu standartlar silsiləsi təşkilat üçün beynəlxalq miqyasda tanınmış OHSAS 18001 stadartının prinsiplərinə uyğun olaraq menecment sistemini həyata keçirmək və sertifikat əldə etmək imkanı verir. Bu standartı həyata keçirməklə təşkilat nümayiş etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək digər tərəflər üçün risklərin aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi menecment sistemini təşkil etmək arzusundadır.

OHSAS 18001-ın prinsipləri 

Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi Deminq davamlı təkmilləşmə dairəsinə əsaslanır - Planlaşdır, Yerinə yetir, Yoxla və Hərəkət et, bunlar isə öz növbəsində növbəti dörd fəaliyyət istiqamətini özündə birləşdirir:
- Əməyin təhlükəsizliyi və peşə sağlamlığı siyasəti 
- Planlaşdırma, tətbiq və hərəkət 
- Nəzarət, qiymətləndirmə və korrektiv hərəkətlər 
- Menecment icmalı 
 
Faydalari
OHSAS 18001 sertifikatı təşkilatınızın işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bü sahədə maraqlı olduğunuzu nümayiş etdirir.
Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərərək aşağıdakı faydaları verəcək:
- Sizin təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması 
- Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılması 
- Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə yetirilməsi 
- Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması 
- İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması 
- Sığorta risklərini azaldılması 
- Korporasiyanızın imicinin inkişaf etdirilməsi 

OHSAS – ın İSO 9000 və İSO 14000 əlaqəsi

OHSAS standartı konseptual olaraq İSO 9000 və İSO 14000 standartları ilə oxşardır və eyni tərəfdən qaynaqlanır. Bu da öz növbəsində adı çəkilən standartların uzlaşmasına zəmin yaradır.
Standartın tətbiqi və müvafiq sertifikatın əldə edilməsi müəsisənin gündəlik yarana biləcək risklərin nəzarət altında saxlama qabiliyyətli olmasını nümayiş etdirir.

 
 
   
Facebook beğen  
 
 
Bugün 8 ziyaretçi (10 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol