Aysu Consultig
 
  Quantitative - Qualitative
  AYSU Consulting
  Ana Sayfa - ISO
  ISO 9001:Keyfiyyetin Menecment Sistemi
  Quality Management System (QMS)
  ISO 22000: Qida Mehsullarin Tehlukesizliyin Temin edilmesi
  Food Safety Management System Standard
  ISO 14001:Etraf Muhitin Menecment Sistemi
  Environmental Management Standard
  OHSAS 18001: Emek ve Tehlukesisizliyin Menecment Sistemi
  Occupational Health and Safety Management System
  Consultant in ISO
  Консультант - Meslehet Xidmeti
  QS documentation preparation and maintenance
  İletişim
Quality Management System (QMS)

Quality Management System (QMS)

 

ISO: 9001-Keyfiyyetin Menecment Sistemi 

ISO 9000: nədir?
İSO 9000 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.

İSO – nun məqsədi
İSO 9000-nin əsas məqsədi bütün təşkilatları təkmilləşmiş menecment sistemi ilə təmin etməkdir. İSO 9000 istehsal standartı deyildir. O nə də məhsul və xidmətin keyfiyyətinə təminatdır. Bununla belə İSO 9000 hər hansı bir kompaniyanın effektiv keyfiyyət menecment sistemini yaratması, sənədləşdirməsi və qoruyub saxlaması üçün gərəkli çərçivəyə əsaslanır. Bundan başqa bu sistem kompaniyanın yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməsi və bu məhsul və xidmətlərə görə məsuliyyət daşıması barədə müştərilərə obyektiv məlumat təqdim edir.
Bu standart diqqəti "ilk növbədə və hər zaman keyfiyyətli işlər görməyə" yönəltməkdə köməklik göstərir. Məsələn:
- şirkətin bütün diqqətini müştərilərin ehtiyaclarına yönəltməklə
- resursların düzgün işlənilməsinə mümkünlüyünə əmin olmaqla
- tədarükçülərlə yaxşı əməkdaşlıq qurmaqla və onların hərəkətlərinə nəzarət etməklə
- məhsul və xidmətlər üçün ən səmərəli keyfiyyət nəzarəti təqdim etməklə
- işçilərin təcrübə və bacarıqlarını inkişaf etdirməyə köməklik göstərməklə
İSO 9001: in prinsipləri
İSO 9001: aşağıdakı səkkiz prinsipə əsaslanır:
- müştəriyönlülük
- liderlilik
- insanların cəlb olunması
- prosses yanaşma
- sistemli yanaşma
- daimi təkmilləşdirmə
- faktlara əsaslanan qərar qəbulu
- təchizatçılarla qarşılıqlı-səmərəli münasibətlər

Faydalar
İSO 9001:-in səmərəli şəkildə həyata keçirilməsinin bir çox faydaları vardır. Başlanğıcda bir çox şirkətlərin bu standartı istəmələri xarici səbəblərdən irəli gəlir: genişlənmiş bazar payı və ya qiymətini itirməkdən yayınmaq. Lakin ən əsası daxili faydalardır, hansı ki, doğrudan da mənfəəti daimi artırır.

Daxili faydalar (təşkilatın daxili mədəniyyəti və iş təcrübəsi)
- problemləri daha yaxşı həll etmə
- mükəmməl məhsuldarlıq
- azaldılmış xərclər
- şəxsi heyətdə mükəmməl ruh yüksəkliyi
- daha yaxşı komunikasiya
- mükəmməl gəlirlilik

Xarici faydalar (müştərilərlə əməkdaşlıq və yeni işlər üçün potensial)
- mükəmməl məhsul və xidmət keyfiyyəti
- müştərilərlə daha yaxşı əlaqələr
- təklifdən kənarlaşdırılmaqdan yayınmaq
- keyfiyyət üçün narahatçılıq numayiş etdirmə

İSO 9000 kimə lazımdır?
Hər yerdə, bütün təşkilatların müştəriləri vardır. Bu təşkilatların əsas məqsədi yüksək səviyyəli xidmət göstərməklə müştərilərin loyallığını qoruyub saxlamaq və gücləndirməkdir. İSO 9001: sertifikatı bu məqsədə çatmaq üçün çox böyük imkan verir.
Sizin müştəriləriniz sizdən İSO 9001: sertifikatına malik olmağınızı tələbə edə bilər. Lakin, əgər siz həqiqətən də biznesinizin böyük uğur və gəlirliliklə işləməsini təkmilləşdirmək imkanını əldə etmək istəyirsinizsə, o zaman Keyfiyyət Menecmenti Sistemini tətbiq etmək ən yaxşı qərardır.
Yadda saxlayın ki, İSO 9000 hər şeyi həll etmir. Lakin o müştərilərə xidmət və müştərin loyallığını artırmaq üçün ən yaxşı vasitədir.
 
 
   
Facebook beğen  
 
 
Bugün 22 ziyaretçi (29 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol