ISO
International Organization for Standardization
İSO 9000:
Hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir
ISO-22000:
Qida sənayesi üçün özünənəzarət sistemi olaraq, qida təhlükəsiziliyi və qida çirklənməsi ilə bağlı problemlərin aradan qaldırılmasına əsaslanır. Bu, qida təhlükəsiziliyinə təminat vermə sistemidir. Bu sistem insan sağlamlığı üçün potensial təhlükələrin qarşısının alınması üçün müəyyən edilmiş fəaliyyətlərə əsaslanır. Bu fəaliyyətlərin bəzisi məcburidir və istehlakçılar üçün təhlükəsiz qidaya təminat vermək məqsədilə dövlət tərəfindən tələb edilir. Qanunla bağlı belə işlərdə qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələr bu tələblərə riayət etməlidirlər.
İSO-14000
Ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. İSO 14000 ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır. İSO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir.
OHSAS-18001
Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.
Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.